Ölkənin Baş naziri Giorgi Qaxaria təyin olundu
Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.
24News.ge xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib. G.Qaxaria 2016-2017-ci illərdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində işləyib. O, bundan öncə iqtisadi şuraya rəhbərlik edib və biznes ombudsmanı olub. G.Qaxaria 2017-ci ilin noyabrın 13-dən Gürcüstanın daxili işlər naziri vəzifəsini tutub. O, həmçinin Milli Təhlükəsizlik Şurasının katibidir. Oxşar xəbərlər
|