Alkoqol xərçəngə səbəb olur
Mьəllif: admin1
Tarix: 6-09-2019, 10:11
Bцlmə: Xəbərlər
Alkoqol xərçəngə səbəb olur
Rusiya Səhiyyə Nazirliyinin onkoloq mütəxəssisi Andrey Kaprin xərçəngin yaranmasının üç əsas səbəbi haqda danışıb. Onun sözlərinə görə, bunlar siqaret çəkmək, spirtli içkilərdən istifadə etmək və papilloma virusudur.

"Deyerler.org"un Mk.ru-ya istinadən verdiyi xəbərə görə, ekspert dünya səhiyyəsinin məlumatlarına istinad edərək, onkoloji xəstəliklərin 15% insanın genotipindən, qalan hissənin isə onun həyat tərzindən asılı olduğunu bildirmişdir.

Bundan əlavə Karpin asbest və boyalar daxil olmaqla, qırmızı ətin həddindən çox yeyilməsinin xəstəliyin əmələ gəlməsinə səbəb olmasını qeyd etmişdir.

Ümumdünya Səhiyyə Təşkilatı spirtli içkilərdən tam olaraq imtina edilməsi haqda çıxış etmişdir. Mütəxəssislər arasında spirtli içkilərin az miqdarda xeyirli olması haqda mübahisəli fikirlər səslənsə də, spirtli içkilərin az miqdarda belə ziyanlı olması haqda fikirlər böyük üstünlük təşkil edir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031