Əl-Həşduş Şəbi İsrail rejimi ilə ABŞ-a qarşı öz hava qüvvələrini qurdu
İraqda ofislərinin bağlanması barədə qərar verilən və bir neçə dəfə İsrail rejimi ilə ABŞ-ın hava hücumlarına məruz qalan Əl-Həşduş Şəbi qüvvələri, özlərinə qarşı hava hücumları ilə mübarizə aparmaq üçün hava qüvvələrini qurub.
Deyerler.org xəbər verir ki, hava hücumlarında bir çox üzvünü itirən və hərbi mərkəzləri hədəfə alınan Əl-Həşduş Şəbi, İraq Hərbi Hava Qüvvələrilə birlikdə hərəkət etməklə öz hərbi hava qüvvələrini yaratmaq qərarına gəlib. Əl-Həşduş Şəbi heyətinin sədr müavini Əbu Mehdi Əl-Mühəndisin imzası ilə dərc olunan sərəncamda hava qüvvələrinin yaradılması haqqında qərar verildiyi bildirilib. Qərara görə, Selah Mehdi Hantuş da sözügedən fəaliyyətin direktoru olmalıdır. Mövzu ilə bağlı Sputnik-ə danışan Əl-Həşduş Şəbinin komandiri Zəki Muradlı, Əl-Həşduş Şəbiyə bağlı bir Havadan Müdafiə Qüvvələrinin qurulduğunu bildirərək, belə danışıb: “Son dövrlərdə Əl-Həşduş Şəbiyə qarşı keçirilən hava hücumları bu orqanın yaradılmasını zəruri edib. Son dövrlərdə ABŞ və başqa qüvvələr tərəfindən hərbi məsələlərimizə qarşı dronlarla hücumlar edilirdi. Bu hücumlara qarşı mübarizə aparmaq və güclü olmaq üçün hava qüvvələri gücü yaradılıb. Bu qərar gecikib əslində. Hərbi Hava Qüvvələrinin gücünün yaradılması ilə əlaqədar Əl-Həşduş Şəbinin baş komandanı Əbu Mehdi Əl-Mühəndis bir qərar verib. Qərar rəsmi olaraq dərc olunub. Bu gücün yaranması üçün İraqın baş nazirindən əvvəllər icazə alınmışdı. Hərbi Hava Qüvvələrinin gücü İraq ordusuna bağlı Hava Qüvvələri ilə birlikdə çalışacaq. Onlardan dəstək alacaq”. Oxşar xəbərlər
|