Kanadada hicablarını açmayan müəllimələr işdən qovuldu
Mьəllif: admin1
Tarix: 12-09-2019, 22:35
Bцlmə: Xəbərlər
Kanadada hicablarını açmayan müəllimələr işdən qovuldu
İslamazeri.com-un “Daily Sabah”-a istinadən verdiyi xəbərə əsasən, Kanadada qalmaqallı qanunun qüvvəyə minməsi ilə hicablı müəllimələr işdən qovulmağa başlayıb. Həmin qanuna əsasən, dövlət iş yerlərində çalışanlar dini atributlardan istifadə edə bilməzlər.

Ölkənin böyüklüyünə görə ikinci ən böyük şəhəri Monrealda artıq iki müəllimə iş yerində hicabı çıxarmaqdan imtina etdikləri üçün işdən azad ediliblər.

Monreal Müəllim Həmkarlar ittifaqının sədri Katrin Bove-Sen-Pyerin sözlərinə görə, müsəlman müəllimələr seçim qarşısında qoyulublar: başlarını açmaq və ya qovulmaq. Təbii ki də, müsəlman müəllimələr dini vacibatlarını tərk etməyərək ikinci variantı seçiblər.

Kvebek əyalətinin təhsil naziri isə məlum qanunun məcburi riayətinin zəruri olduğunu bildirir.

“Hər bir məktəb şurası qanuna əməl etməlidir. İnzibati cəza ilə üzləşmək istəməyənlər üçün başlarını açaraq öz işlərini yerinə yetirmək variantı var”, - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031