“Əl-Qaidə” lideri Rusiya, ABŞ və Avropanı hədələdi
İslamazeri.com-un SITE-yə istinadən verdiyi xəbərə əsasən, “Əl-Qaidə” beynəlxalq terror təşkilatının başçısı Ayman əz-Zəvahiri Rusiya, ABŞ və Avropa dövlətlərinin ünvanlarına yeni təhdidlər səsləndirib.
Əz-Zəvahiri bu bəyanatını 2001-ci il 11 Sentyabrda ABŞ-da törədilmiş terror aktının ildönümündə edib. O həmçinin ABŞ-ın müxtəlif ölkələrdə yerləşən hərbi bazalarını da hədələyib. Xatırladaq ki, 11 Sentyabr terror aktının məsuliyyətini məhz “Əl-Qaidə” öz üzərinə götürüb. Sözügedən terror nəticəsində təxminən 3 min insan həlak olmuşdu. Oxşar xəbərlər
|