Səudiyyə rejimi Əhli-Beyt (ə) aliminə 12 il həbs cəzası verdi
Ərəbistanda bir məhkəmə Əhli-Beyt (ə) alimi və insan haqları fəalı Şeyx Məhəmməd Əl-Həbibi 12 il həbs cəzasına məhkum edib.
Deyerler.org Ərəbistanda insan hüquqlarını müdafiə edən müstəqil bir qeyri-hökumət təşkilatı olan Vicdan Məhbusları Hüquq Qrupu, cümə axşamı rəsmi Twitter səhifəsində paylaşdığı bir mesajda, Ər-Riyaddakı Xüsusi Cinayət Məhkəməsinin Şeyx Məhəmməd Əl-Həbibə hökm oxuduğu və ona beş il xaricə çıxmaq qadağası qoyduğunu bildirib. Şeyx Həbib üç illik qeyri-qanuni həbsdən sonra, bu yaxınlarda azadlığa buraxılmışdı. İyulun 29-da eyni məhkəmə rejimin neftlə zəngin və şiələrin yaşadığı şərq vilayətindəki bir rejim əleyhdarını edam cəzasına məhkum etmişdi. Londonda ərəbcə yayımlanan Nabaa telexəbər şəbəkəsi, Ər-Riyad məhkəməsinin Əli Əl-Rabiənin beynəlxalq ədalət mühakiməsi standartlarına uyğun olmayan saxta bir məhkəmədə günahkar sayıldığını açıqlamışdı. Səudiyyə rejimi aprelin 23-də Əlinin iki qardaşını - Əhməd və Hüseyni siyasi fəallığına görə edam etmişdi. Rejimin qüvvələri şərq əyalətinin Qətif bölgəsində yerləşən Əl-Əvamiyə şəhərinə basqın edərkən Əlinin kiçik qardaşı Təməri də öldürmüşdü. Oxşar xəbərlər
|