Putin, Ərdoğan və Ruhanidən İsrailə qarşı birgə bəyanat
Türkiyə, Rusiya və İran prezidentləri birgə bəyanatla çıxış ediblər. İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə, Rusiya və İran prezidentləri Ankaradakı sammit zamanı birgə bəyanatla çıxış edərək İsrail rejiminin Suriyaya endirdiyi zərbələri pisləyiblər. “(Prezidentlər) İsrailin Suriyadakı hərbi hücumlarını sabitliyi pozan, suverenliyi və ölkənin ərazi bütövlüyünü pozan, həmçinin regionda gərginliyin artmasına səbəb olan (addım) hesab edirlər”, - deyə qeyd edilir. Onlar həmçinin bildiriblər ki, Suriyanın Qolan bölgəsinin işğalını rədd edən BMT-in müvafiqə qətnaməsi və digər beynəlxalq-hüquqi qərarlara ehtiramla yanaşmaq lazımdır. Oxşar xəbərlər
|