Hansı tərzdə yatmaq təhlükəlidir
Oturaq vəziyyətdə yatmaq olduqca təhlükəlidir. Bu vaxt qarın təzyiqi artaraq ürəyə mənfi təsir edir. Bu haqda Krımın Səhiyyə Nazirliyinin kardioloqu Valeriy Sadovoy bildirmişdir.
"Deyerler.org"un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Sadavoy deyib ki, oturaq vəziyyətdə yatan insanlar qan sızmalarından əziyyət çəkir. Bundan əlavə, onlarda damarların və trambozun genişlənməsinin əmələ gəlmə təhlükəsi yaranır. Yanüstə yatmaq onurğaya ziyandır. Qarın üstə yatmaq isə, qarın təzyiqini artırmış olur. Beləliklə ən məqbul sayılan yatış tərzi kürək üstə yatmaq hesab edilir. Sadavoyun sözlərinə görə, bir miqdar günorta yuxusu arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Onun sözlərinə görə, əsas günün müəyyən saatlarında istirahət deyil, daha yaxşı gündəlik yuxu ehtiyacının normal ödənməsidir. Orqanizmin sağlam olması üçün səkkiz saatlıq yuxu daha məsləhətlidir. Mütəxəssislər qarnıüstə yatmağın təhlükəli olması haqda xəbərdar etmişdir. Belə tərzdə yatmaq kürək nahiyəsində, boyunda, oynaqlarda ağrılara səbəb olur. Qarnıüstə yatmaq tənəffüs yollarında da problemlər yarada bilər. Oxşar xəbərlər
|