ABŞ İranın prezidenti və xarici işlər nazirinə viza verdi
ABŞ BMT Baş Assambleyasının toplantısı üçün müraciət edən İranın prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verib.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Ruhani və Zərif ABŞ-ın Nyu-York şəhərində baş tutacaq BMT toplantısına qatılacaq. Sentyabrın 19-u İran tərəfindən verilən açıqlamada, Zərif və Ruhaniyə viza verilmədiyi təqdirdə BMT-nin illik 193 üzvlü Baş Assambleyasına iki dövlət adamının da qatılmağı ləğv edə biləcəyini bildirilmişdi. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ABŞ-ın prezidenti Həsən Ruhani və Zərifə BMT Baş Assambleyasında iştirak etmələri üçün viza verdiyi barədə xəbərlərə sosial şəbəkədən verdiyi açıqlamasında, Zərifin Nyu-Yorka gedəcəyi barədə məlumat verib. Musəvi İranın prezidenti Həsən Ruhaninin bazar ertəsi günü gedib getməyəcəyi ilə bağlı isə açıqama verməyib. Oxşar xəbərlər
|