Müsəlmanlara qarşı ədavət yayan yazıçıya cəza
İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Fransada məşhur yazıçı və siyasi jurnalist islamofobiyaya görə böyük məbləğdə cərimə edilib.
Belə ki, Erik Zemmur müsəlmanlara qarşı kin və nifrət atəşini qızışdırdığı üçün dövlət büdcəsinə 3 min avro ödəyəcək. Buna səbəb isə, onun telekanalların birində “fransalı müsəlmanlar İslam və Fransa arasında seçim etməlidir” deməsidir. Zemmur həmin müsahibəsində bildirib ki, hicablı müsəlmanlar “şəhər kənarlarında İslamın hökmranlığını bərqərar etmək istəyirlər”. Uzun istintaqdan sonra məhkəmə belə qərara gəlib ki, yazıçının fikirləri ayrı-seçkilik xarakterli olub və bu səbəbdən də cərimə edilməlidir. Oxşar xəbərlər
|