Xurma uzunömürlülərin menyusuna daxil oldu
Diyetoloq Mariya Muxina müsahibəsi zamanı qocalma prosesini yavaşladan məhsulların siyahısını sayıb.
"Deyerler.org"un İslam.ru-ya istinadən verdiyi xəbərə görə, diyetoloq yaşıl çayın tərkibində, bədəndə maddələr mübadiləsi proseslərini işə salan bir çox antioksidantların olmasını vurğulayaraq onun faydalı olduğunu bildirmişdir. Xurma da vacib məhsullardan biridir. Onun tərkibində psixikanı sabitləşdirən amin turşuları var. Xurma eyni zamanda mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdıraraq zədələnmiş hüceyrələri bərpa edir. Dəniz ağtikanında çox miqdarda A vitamini mövcuddur. O, dərini və gözləri cavan saxlamağa kömək edir. Qaragilə meyvəsi də həmçinin faydalı olaraq, hormonların və qan hüceyrələrinin sintezinə kömək edir. Oxşar xəbərlər
|