İstanbulda şiddətli zəlzələ - Məscidin minarəsi dağıldı (VİDEO)
Türkiyənin İstanbul şəhərində şiddətli zəlzələ baş verib.
24News.ge xəbər verir ki, ilkin məlumat görə, zəlzələ 5.9 bal gücündə olub. Yeraltı təkanlar təxminən 30 saniyə davam edib. Zəlzələ təşvişə səbəb olub, sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb. Məktəblər, xəstəxanalar, ticarət mərkəzləri təcili təxliyə olunub. Telefon xətləri kəsilib. Şəhərdə böyük panika yaranıb. Avcılar rayonunda yerləşən məscidin minarəsi isə dağılıb. Oxşar xəbərlər
|