Ali Dini Rəhbər: “ABŞ və Avropa inqilabın şüarlarından qorxurlar”
İranın Xübrəqan Ekspertlər Məclisinin üzvləri bu gün (26 sentyabr) səhər saatlarında Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüblər.
Deyerler.org mehrə istinadən xəbər verir ki, Ali Dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Əsərlərin mühafizəsi və Yayımı Ofisinin rəsmi saytında yerləşdirilən məlumata görə, Ali Dini Rəhbər görüşdə ABŞ-ın prezidenti Donald Trampın “İran xalqının vəziyyəti ABŞ-ın tələblərini yerinə yetirəcəyi təqdirdə yaxşılaşacaq” iddiasına istinad edərək, belə danışıb: “ABŞ və Avropa rəsmiləri mediada mütəmadi olaraq “Bacara bilməzsiniz” deməyə çalışır. Ancaq İran xalqı bu cür təbliğatlara diqqət etmir”. Ali Dini Rəhbər Avropa və Amerikanın İranın inqilabçı şüarlarından və yaratdığı üçüncü yoldan qorxduqlarını və ölkə problemlərinin çarəsinin inqilabi yol və şüarlara israr etməkdə olduğunu söyləyib İran qarşısındakı düşmənlərin Amerika və Avropa olduğunu və bunun İranın haqlı olmasının göstəricisi olduğunu qeyd edən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, İranın bəzi məsələlərdə irəlilədiyini və bəzi məqamlarda sıçramalar etdiyini və düşmənin bundan narahat olduğunu deyib. Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ABŞ və sionist rejimindən savayı istənilən bir ölkə ilə qarşılıqlı təsir və danışıq yolunun qapalı olmadığını vurğulayaraq, belə deyib: “Başda ABŞ və bir neçə Avropa ölkəsi olmaqla, İslam nizamına qarşı düşmənçilik bayrağı daşıyan ölkələrə güvənməmək lazımdır. Çünki onlar açıq formada İran xalqına düşmənçilik edirlər”. Avropa ölkələrinin İran İslam Respublikasına düşmənçiliyinin səbəblərinin ABŞ-ın düşmənçiliyindən fərqli olmadığını qeyd edən Ali Dini Rəhbər, belə davam edib: “Avropalılar görünüşdə vasitəçi olaraq ortada uzun-uzun danışırlar. Ancaq bunların hamısı boş iddialardır”. Avropanın nüvə müqaviləsindəki öhdəliklərini yerinə yetirməməsilə yanaşı, ABŞ-ın müqavilədən çıxması və tətbiq etdiyi qəddar sanksiyalarından sonra nümayiş etdirdiyi davranışa istinad edən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, belə danışıb: “Avropalılar vədlərinə baxmayaraq, ABŞ-ın sanksiyalarına praktiki olaraq sadiq qaldılar. Bu səbəbdən artıq İran İslam Respublikası üçün bir şey etmələri mümkün deyil. Avropa ilə müzakirə edənlər indi onların öhdəliklərini yerinə yetirmədiyini söyləyirlər. Bu heç bir məsələdə onlara etibar edilməməli olduğunu sübut edən güclü bir səbəbdir”. Oxşar xəbərlər
|