Ruhani Taleh Bağırovun həyat yoldaşına qarşı ittiham elan edilib
Mьəllif: admin1
Tarix: 28-09-2019, 10:07
Bцlmə: Xəbərlər
Ruhani Taleh Bağırovun həyat yoldaşına qarşı ittiham elan edilib

Sentyabrın 27-də həbsdə olan ruhani Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadəyə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham elan edilib. Bu barədə Leyla İsmayılzadə "Amerikanın Səsi"nə müsahibəsində bildirib.

"Bu gün müstəntiq Xaqani Sadıqov ittiham elan etdi və mən iltizama imza atdım. Barəmdə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib", deyə İsmayılzadə qeyd edib.

Penitensiar Xidmətin məlumatına görə, bu il martın 21-də Leyla İsmayılzadə Qobustan Qapalı Həbsxnasında saxlanlılan həyat yoldaşı ilə görüşə gələndə mobil telefon və danışıq kartı keçirmək istəyib.

"Məhkum Taleh Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini Leyla İsmayılzadə tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung" markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilmişdir".

Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.

"Gündüzlər o telefonda Abbas (azyaşlı oğlu) Youtube-da cizgi filminə baxır, axşamlar da babası saytlara baxır. Başımız qarışıq olub, heç bilməmişik nə vaxt atıb oyuncaqların arasına. Elə birbaşa çantanı götürüb aparmışıq. Həbsxanada bütün çantaları, əşyaları yoxlamaya təqdim etmişdik.

Çantaları yoxlayıb gətirdilər, Abbasın oyuncaq çantasını da. Artıq görüşdə idik, Abbas oyuncaqlarıyla oynayırdı, gəlib Talehi çağırdılar ki, uşağın oyuncaq çantasının içindən telefon tapılıb. Gətirib telefonu göstərəndə özümdən ixtiyarsız qayıtdım ki, biz bu telefonu iki gündür axtarırdıq. Ağlımıza gəlməzdi ki, oyuncaqların arasına atar".

Leyla İsmayılzadə hesab edir ki, həyat yoldaşına təzyiq məqsədilə bu olayı şişirdirlər.

"Əlbəttə, cinayət işi qaldılmasına ehtiyac yox idi. Mən Qobustanda da izahatımda qeyd etmişəm ki, telefonu gizli yerdə keçirərlər. Mən gətirdiyim bütün çantaları yoxlamaya təhvil vermişəm.

Telefonun ölçüsü böyük olub. Sadəcə uşaq bizim xəbərimiz olmadan çantaya atıb. Bu, yoldaşımın üçüncü həbsidir. Mən həbsxanaya giriş qaydalarını bilirəm və həyat yoldaşım üçün problem yaratmaram", deyə o qeyd edib.

Cinayət Məcəlləsinin 317-1.1 maddəsinin sanksiyasında 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək islah işləri, yaxud da iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
/contact.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031