Yəmən Səudiyyə Ordusuna qarşı möhtəşəm əməliyyat keçirdi: 2 min əsir... - VİDEO
İslamazeri.com xəbər verir ki, iki gün baş vermiş əməliyyatın təfərrüatları məlum olub.
Belə ki, 4 ay əvvəldən hazırlanan "Nəsrun Minəllah" adlı əməliyyatda Səudiyyə Ordusunun 3 briqadası yəmənlilərin pusqusuna düşüb. Nəticədə vəhabi krallığa bağlı 500 əsgər və muzdlu öldürülmüş və yaralanmış, 2000-ə yaxın əsgər isə yəmənlilər tərəfindən əsir götürülüb. Çox sayda hərbi texnika sıradan çıxarılıb. Səudiyyə əsir düşən əsgərlərini Apache vertolyotları ilə məhv etmək istəsə də, Yəmən Ordusu və "Ənsarullah" könüllüləri buna imkan verməyib və vertolyotlar ərazini tərk etmək məcburiyyətində qalıb. Uğurlu əməliyyat zamanı əsir alınanlar arasında yüksək rütbəli səudiyyəli hərbçilərin də olduğu önə çəkilir. Yəmən Ordusunun sözcüsü General Yəhya Sari əməliyyat zamanı qaçan və təslim olan səudiyyəlilərin Səud Ordusu tərəfindən arxadan açılan atəşlə 200 nəfərinin öldürüldüyünü və yaralandığını açıqlayıb. Bu əməliyyat, hərbi münaqişələr tarixində son illərin ən uğurlu əməliyyatlarından biri sayılır. Oxşar xəbərlər
|