Filippinli qadın İran Mədəniyyət Mərkəzinə gələrək müsəlman oldu
Filippinli qadın Leona Qonzales paytaxt Manilada yerləşən İran Mədəniyyət Mərkəzində İslam dinini qəbul edib.
Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, sözügedən filipinli qadın Maniladakı İran Mədəniyyət Mərkəzinin Quran Evi müəllimlərindən biri olan Tendis Takaviyə İslam haqqında araşdırma apardıqdan sonra müsəlman olmağa qərar verdiyini söyləyib. Leona Qonzales İslam dinini seçmək istədiyini dilə gətirdikdən sonra, Manila Əhli-Beyt (ə) cəmiyyətinin üzvləri, İran səfirliyinin rəsmiləri, eyni zamanda Maniladakı Mədəniyyət Mərkəzinin Quran Evi tələbələrinin iştirakı ilə bu mərkəzdə keçirilən mərasimdə kəlimeyi-şəhadət gətirərək İslam dinini qəbul edib və özünə Məryəm adını seçib. Mərasim filippinli gözdən əlil Quran hafizi Şahavi Aramponinin azan oxuması ilə başlayıb. Mərasimin sonunda yeni müsəlman olan filipinli qadına Mədəniyyət Mərkəzi tərəfindən bir cild Quran və Nəhcül Bəlağə kitabı hədiyyə edilib. Oxşar xəbərlər
|