Kərbəlada Ərbəin mərasimləri ilə bağlı iclas keçirilib
İran və İraq rəsmiləri arasında İmam Hüseynin (ə) Ərbəin mərasimləri ilə bağlı ilk birgə iclas Kərbəlada keçirilib.
Maide.Az "deyerler.org istinadən xəbər verir ki, İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli və iraqlı həmkarı Yasin Əl-Yasərinin də qatıldığı sözügedən iclasda, Ərbəin mərasimlərinin daha yaxşı şəraitdə keçirilməsi, ziyarətçilərə daha yaxşı imkanlar təmin olunması, yerləşmələri və onlara daha yaxşı xidmət təqdim edilməsi kimi məsələlər müzakirə olunub. Əbdülrza Rəhmani Fəzli Ərbəin mərasimlərinin daha yaxşı keçirilməsi üçün İraq rəsmilərinin səylərinə görə təşəkkür edərək, Ərbəin məsələsində iki ölkə arasında imzalanmış müqavilənin son dərəcə konstruktiv və vacib olduğunu deyib. O, İraqa gedəcək zəvvarlarla əlaqədar məhərrəm və səfər aylarında vizaların ləğv olunması ilə İrandan İraqa zəvvar sayında mühüm artımın olacağını bildirərək, belə deyib: “Bu nəticə vizaların il ərzində ləğv edilməsindən daha yaxşı olacağını göstərir”. Oxşar xəbərlər
|