Ürək üçün faydalı ərzaqlar
Mьəllif: admin1
Tarix: 2-10-2019, 10:17
Bцlmə: Xəbərlər
Ürək üçün faydalı ərzaqlar
Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Araşdırma Tədqiqat Mərkəzi, ürək sağlamlığı üçün quru əriyin, lobyanın, qoz-fındığın, quş ətinin və balığın faydalı olduğunu qeyd etmişdir. Bu haqda “RİA” agentliyi xəbər vermişdir.

"Deyerler.org"un Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, yağlı ətdən istifadə etməmək və şəkər qəbulunun məhdudlaşdırılmasının ürək xəstəliklərindən qoruya biləcəyi qeyd olunur.

Tərəvəz və meyvələrdən gündə ən az 400 qram istifadə edilməsi tövsiyə olunur. Bundan əlavə, kalium və maqneziumla zəngin olan qidalar qida rasionununa əlavə edilməlidir.

Harvard Universitetinin alimlərinin gəldiyi nəticəyə əsasən, qoz-fındıqdan gündəlik olaraq istifadə edilməsi insanı piylənmədən və digər pis xəstəliklərdən qoruya bilər.

Tədqiqatda səhiyyə sektorunda çalışan 40 yaşdan 75 yaşa qədər 51529 kişi və 24-44 yaş arası 238386 tibb bacısı iştirak etmişdir. Könüllülərin sağlamlığı 20 il müddətində nəzarətdə saxlanılmışdır.

Qoz-fındıqdan tez-tez istifadənin az çəki ilə əlaqəli olması aşkar edilmişdir. Gündəlik olaraq 28 qram qozdan istifadə etmək dörd il ərzində bədəni iki kiloqram artıq çəkidən qoruyur. Qozun piylənmə riskini 15% azaltdığı qeyd edilir.



Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031