İslamofobiya Avropa təhlükəsizliyini təhdid edir
Avropada ultra-sağçıların populyarlığının artması fonunda islamofobiya zəminində törədilən cinayətlərin sayı artır. Bu haqda Türkiyənin siyasi, iqtisadi və sosial tədqiqatlar fondunun bəyanatında qeyd edilmişdir.
"Deyerler.org"un İslam.ru-ya istinadən verdiyi xəbərə görə, araşdırmalar Avropa ölkələrində ksenofobiyanın artmasına birbaşa və ya dolayı yolla təsir edən proseslərin və amillərin təhlili əsasında hazırlanmışdır. Hesabatda bildirilir ki, dini zəmində cinayətlərin artmasının təkcə müsəlmanlar üçün deyil, həm də bütün Avropada təhlükəsizliyi və sabitliyinə qarşı təhlükə kəsb edir. Bundan əlavə islamofobiyanın artımı ictimai həyatın bütün sahələrində öz əksini tapmışdır. Bura iş, təhsil sahələri və ədliyyə aiddir. Ötən il Belçikada islamofobiya zəminində 70 hadisə qeydə alınmışdır. Bununla yanaşı, hadisələrin 74% müsəlman qadınlara qarşı zorakılıq və hücum faktları ilə qeydə alınmışdır. Avstriyada 2018-ci ildə islamofobiya zəminində cinayətlərin sayı 540-a çatmışdır. Fransada müsəlmanlara qarşı 676 hücum hadisəsi qeydə alınmışdır. Bu 2017-ci illə müqayisədə 54% çoxdur. Almaniyada bu rəqəm 678, Norveçdə 151, Britaniyada isə 2011-2018-ci illərdə 415%-lik artım müşahidə olunmuşdur. Oxşar xəbərlər
|