Nazir: Ərbəin yürüşü üçün təhlükəsizlik tədbirləri tamilə təmin edilib
Ərbəin mərasiminin təşkili üçün təhlükəsizlik tədbirləri tamilə təmin edilib.
Maide.Az xəbər verir ki, bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli deyib. “Kərbəla və Nəcəf şəhərlərinə səfər etdim. İraqın daxili işlər naziri Yasin Əl-Yasərinin ilə iclas keçirtdik və problemlərlə bağlı son danışıqlarımız oldu. Mən bu səfəri quru yolla getdim və Ərbəin zəvvarlarının problemlərini yerində araşdırdım və şükürlər olsun problemlərin həlli istiqamətində razılıqlar əldə etdik.” Bir ölkənin qısa müddət ərzində digər ölkələrdən milyonlarla zəvvara ev sahibliyi etməsi həqiqətən çətin məsələ olduğunu deyən Ə.Rəhmani Fəzli bildirib ki, Ərbəin zəvvarlarından istəyimiz budur ki, tövsiyələri dinləsinlər . O bildirib ki, bu il Ərbəin yürüşündə 2600 mokib zəvvarlara xidmət göstərəcək. Qeyd edək ki, ötən gün İran və İraq rəsmiləri arasında İmam Hüseynin (ə) Ərbəin mərasimləri ilə bağlı ilk birgə iclas keçirilmişdi. İclasda Ərbəin mərasimlərinin daha yaxşı şəraitdə keçirilməsi, ziyarətçilərə daha yaxşı imkanlar təmin olunması, yerləşmələri və onlara daha yaxşı xidmət təqdim edilməsi kimi məsələlər müzakirə olunub. Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir. Oxşar xəbərlər
|