General Süleymaniyə qarşı sui-qəsd planının qarşısı alınıb
İranda bu il keçirilən Aşura mərasimləri vaxtı İranın İnqilab Keşikçiləri (SEPAH) ordusunun xarici əməliyyatlarına cavabdeh Qüds Qüvvələrinin komandanı general-mayor Qasım Süleymaniyə qarşı sui-qəsdin qabağının alındığı bildirilib.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, paytaxt Tehranda hərbi rəsmilərin iştirakı ilə keçirilən tədbirdə danışan, SEPAH-ın Kəşfiyyatı Təşkilatının sədri höccətül-İslam Hüseyn Taib, sentyabrın 10-nu keçirilən Aşura mərasimləri vaxtı Süleymaniyə qarşı sui-qəsd hazırlığı edildiyini deyib. General-mayor Qasım Süleymaniyə qarşı sui-qəsd cəhdinin İsrail rejimi və ərəb ölkələrinin xüsusi xidmət təşkilatları tərəfindən planlaşdırdığını bildirən Taib, bunu zərərsizləşdirdiklərini və mövzu ilə bağlı bir qrupu tutduqlarını qeyd edib. Taib Kirman şəhərində general-mayor Süleymaninin Aşura mərasimləri üçün getdiyi hüseyniyəyə yaxın bir evin satın alındığını qeyd edərək, orada hazırlanan təxminən 500 kilo partlayıcının qazılan tunel vasitəsilə hüseyniyəyə yerləşdirilməsi və Süleymaninin buraya getdiyi vaxt partladılmasının planlaşdırıldığını bildirib. Xatırladaq ki, İranın İnqilab Keşikçiləri (SEPAH) ordusunun xarici əməliyyatlarına cavabdeh Qüds Qüvvələrinin komandanı general-mayor Qasım Süleymaninin oktyabrın 2-si dövlət televiziyasında yayımlanan və 2006-cı ilin yayında 33 gün davam edən İsrail rejimi-Livan müharibəsini danışdığı müsahibəsi ölkə mediasında geniş əks-səda doğurmuşdu. Oxşar xəbərlər
|