Ərbəin yürüşü üçün problem yaratmaq istəyənlər var - İmam Cümə
Tehranın bu həfətki İmam cüməsi Ayətullah Muhəmməd İmami Kaşani olub.
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İmam cümə çıxışında İraqdakı olaylar, o cümlədən yaxınlaşan Ərbəin mərasimindən danışıb. "Düşmənlər Hüseyn(ə) Ərbəini yürüşü üçün problem yaratmağa çalışırlar, amma bu yürüş öncəki illərdən daha şövqlü keçiriləcək.", -deyə İmam cümə deyib. Ayətullah Kaşani bildirib ki, dünya şiələrinin üçüncü imamı, İmam Hüseyn(ə)-ın bayrağı zülmlə mübarizə bayrağıdır. "Amerika və sionist rejim fitnəkarlıqla həqiqəti gizlətməyə çalışırlar.", -deyə İmam cümə əlavə edib. İmam cümə həmçinin məzlum Yəmən xalqının təcavüzkarlar üzərindəki qələbələrindən də danışıb. O bildirib ki, Yəmən xalqının qələbələri ali-səud rejimini və onun himayədarlarını biabır edib. Oxşar xəbərlər
|