İraq Baş naziri: Ayətullah Sistaninin mesajına sadiqik
Mьəllif: admin1
Tarix: 6-10-2019, 10:05
Bцlmə: Xəbərlər
İraq Baş naziri: Ayətullah Sistaninin mesajına sadiqik
İraq Baş naziri Adil Əbdülmehdi ölkənin ən böyük dini mərcesi Ayətullah Seyid Əli Sistaninin nümayişlərə dair mesajına sadiq olduqlarını, aksiyaçıların tələblərinin yerinə yetirilməsi üçün mərcenin istədiyi komissiyanı quracağını sözlərinə əlavə edib.

Əbdülmehdi verdiyi yazılı açıqlamada, "Ali dini mərcenin verdiyi mesajın hamısına sadiq olduğumuzu vəd edirəm. Mərcenin istədiyi komissiya üzvlərini də (bitərəf) təyin edəcəyik", - deyə qeyd edib.

2015-ci ildə hökumət əleyhinə nümayişlər zamanı Ayətullah Sistani, hökumətdən bu nümayişçilərin tələblərini yerinə yetirmək üçün bitərəf üzvlərdən ibarət komissiya qurulmasını istədiyini, lakin bu tələbin həmin vaxt yerinə yetirilmədiyini açıqlamışdı. Nəcəf mərkəzli mərce dünənki mesajında tələbini təkrarlayıb.

1 oktyabr tarixindən etibarən Bağdad və ölkənin cənubdakı şəhərlərində "korrupsiya, işsizlik və dövlət xidmətinin yoxluğu" səbəbilə nümayişlər keçirilir.
(eastnews)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031