Xusrəvi sərhəd-keçid məntəqəsi Ərbəin ziyarətçiləri üçün yenidən açıldı
İran və İraq arasında Xusrəvi sərhəd-keçid məntəqəsi bir müddət bağlandıqdan sonra oktyabrın 7-si səhər saatlarından etibarən Ərbəin ziyarətçilərinin keçidi üçün yenidən açılıb.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Xusrəvi sərhəd-keçid məntəqəsi bəzi təhlükəsizlik tədbirləri çərçivəsində İraq tərəfindən qısa müddətlik bağlanmışdı. Ərbəin yürüşündə iştirak etmək istəyən zəvvarlar İran və İraq arasında ən yaxın rəsmi sərhəd-keçid məntəqəsi Xusrəvidən Kərbəlaya gedə biləcək. Xusrəvi sərhəd-keçid məntəqəsi Bağdad, Kərbəla, Kazimeyn və Samirraya İranın ən yaxın sərhəd keçid məntəqəsidir. Xusrəvi sərhəd-keçid məntəqəsi Bağdada 190 km, Nəcəfə 380 km, Kərbəlaya 300 km, Kazimeynə 203 km və Samirraya 326 km məsafədə yerləşir. Oxşar xəbərlər
|