İraq hökuməti ikinci islahat paketini açıqladı
İraq hökuməti, korrupsiya, işsizlik və dövlət xidmətlərinin çatışmazlığına görə meydanlara çıxan xalqın tələblərini qarşılamaq məqsədilə daha bir qərar qəbul edib.
İraq hökumətinin həftəlik toplantısından sonra verilən yazılı açıqlamada, xalqın tələblərinin qarşılanacağı ikinci paket açıqlanıb. İkinci islahat paketinə görə, hüquq sahiblərinə torpaq payı vermək üçün Baş Nazir Adil Əbdülmehdi rəhbərliyi altında komitə yaradılıb. Bundan əlavə, bir şəxsin bir neçə maaş almasına imkan yaradan qanun təxirə salınıb. Həmçinin Enerji Nazirliyinin 3 min yoxsul ailəyə pulsuz günəş enerjisi sistemi paylamasına, kiçik miqyaslı müəssisələr açaraq, layihələr inkişaf etdirərək, gənclərə daha çox məşğulluq sahəsi açılmasına qərar verilib. Paketə görə, kənd təsərrüfatı fakültələrindən məzun olanlara kənd təsərrüfatı ərazisi paylanmalı, kiçik və orta miqyaslı layihə inkişaf etdirmələri üçün bu şəxslərə kredit verilməlidir. Sənaye və Mədən Nazirliyinin yerli istehsal layihələrini inkişaf etdirmək istəyən işsiz gənclərə təhsil verməsi və bu layihələrə fond təmin etməsi, məmurların pensiya yaşının azaldılması məsələləri Nazirlər Kabinetinin gündəminə alınıb. Ölkə daxilində tullantıların müasir şəkildə toplanması üçün zavodlar inşa etmək üzrə investorlarla saziş bağlanması qərara alınıb. Xatırladaq ki, İraq hökuməti ilk planını açıqlamış, ancaq bu xalqın tələblərini qarşılamamışdı. (eastnews) Oxşar xəbərlər
|