Çində Quran oxuyan müsəlmanlar 20 il həbs cəzasına məhkum edilir
Çindən islamofobiyaya əsaslanan Uyğur və Qazaxıstan müsəlmanlarına qarşı uydurma cinayətlərlə sərt həbs cəzaları barədə həyəcanlı məlumatlar gəlir.
Maide.Az "islamnews.ru" saytına istinadla xəbər verir ki, Çinin 35 yaşlı sakini Qazaxıstanın vətəndaşlığına malik Aybot Janibek, gözlənilməz bir telefon zəngi alıb - ona 65 yaşlı anası Nurjadu Jumahanın "qanunların aliliyini pozmaq və xaos yaratmaq üçün xurafatlardan qanunsuz istifadə etmə ” ittihamı ilə 20 il həbs cəzası verildiyi deyilib. Son aylarda Sintszyan məhkəməsində baxılan onlarla işin yekununda dini təhsil almış insanlar həbs edilib. Və əksəriyyətinə 20 il müddətinə cəza kəsilib. Tutulan 32 nəfərin 23 yaxın illərdə dini ali məktəbi bitirənlər olub. Digərləri isə dinin tələblərinə uyğun olaraq həyat tərzi yaşayan dinc sakinlər olublar. Digər məsəlman türk ailəsi – milliyyətcə qazax olan Şəhidəm Memanova və onun əri uyğur olan Nuermaymaitiyə 17 illik həbs cəzası kəsilib. Sadəcə bu səbəbə görə ki onlar Quranı öyrənmək üzrə təhsil alıblar. 27 yaşlı Bəhdəti Akin gənc yaşlarında Quranı öyrəndiyinə görə 15 illik həbsə məruz qalıb. Tursinkan ailəsinin Qasım və Qarkin qardaşları müvafiq olaraq 10 və 20 illik müddətinə həbs edilmələrinin səbəbi isə gündəlik 5 dəfə namaz qılmağı tərk etmək istəmədikləri olub. Sintszyan məscidinin əvvəlki imam camaatı Bakitcana isə məhkəmə 14 illik həbs cəzası kəsib. Oxşar xəbərlər
|