Tramp Türkiyəyə sanksiya tətbiq etdi
Mьəllif: admin1
Tarix: 15-10-2019, 10:13
Bцlmə: Xəbərlər
Tramp Türkiyəyə sanksiya tətbiq etdi
ABŞ Türkiyənin üç nazirinə sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Məlumata görə, siyahıya Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz, Müdafiə naziri Hulusi Akar və Daxili İşlər naziri Süleyman Soylunun adı daxil edilib.

Sanksiya siyahısında Energetika Nazirliyi və Müdafiə Nazirliyinin də adları yer alıb.

Vaşinqton sanksiyaları “Sülh çeşməsi” əməliyyatıyla əlaqədar tətbiq etdiyini bildirib. ABŞ Türkiyənin bu addımının dinc vətəndaşların həyatına təhdid yaratdığını, regiondakı situasiyanı destabilizasiya etdiyini, İŞİD-ə qarşı mübarizə kampaniyasını dağıtdığını iddia edib.

Maliyyə Nazirliyi Türkiyəyə sanksiyaları genişləndirməyə hazır olduğunu deyib.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində Türkiyədən idxal edilən polad üçün tətbiq edilən rüsumları 50% artıracağını bildirib.

Bununla bərabər, Tramp ABŞ Ticarət Nazirliyinin Türkiyə ilə ticarətin 100 milyard dollara çatdırılmasıyla bağlı apardığı danışıqları da dayandıracaqlarını açıqlayıb.

O, Türkiyənin bu yolla getməyə davam edəcəyi halda onun iqtisadiyyatını “sürətli şəkildə məhv edəcəyini” vurğulayıb.




Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031