43 ölkədə aclığın ciddi səviyyədə olduğu bildirilir
Mьəllif: admin1
Tarix: 15-10-2019, 21:13
Bцlmə: Xəbərlər
43 ölkədə aclığın ciddi səviyyədə olduğu bildirilir
16 oktyabr- Dünya Ərzaq Günü ərəfəsində 14-cü illik Qlobal Aclıq İndeksi açıqlanıb. Bu indeksi “Concern Worldwide” və “Welthungerhilfe” təşkilatları birlikdə hazırlayır. Məqsəd qlobal, regional və ölkələr səviyyəsində yoxsulluğu izləmək və səviyyəsini ölçməkdir.

İndeks həm də aclıqla bağlı maarifləndirməni artırmaq, onunla mübarizəni gücləndirməyə töhfə verməyi hədəfləyir.

İndeksin hesablanması zamanı hər bir ölkədə pis qidalanan əhalinin sayı; 5 yaşınadək uşaqların pis qidalanma nəticəsində boyuna görə çəkisinin azlığı; 5 yaşınadək uşaqların yaşına görə çəkisinin azlığı və 5 yaşınadək uşaqlar arasında ölüm göstəriciləri öyrənilir.

Bu il aclıq indeksi 117 ölkə üzrə hazırlanıb.

Ümumiyyətlə, 117 ölkədən 43-də aclığın ciddi səviyyədə olduğu bildirilir.

4 ölkə – Çad, Madaqaskar, Yəmən və Zambiya təşviş doğuran səviyyədə aclıqdan əziyyət çəkir. Cənubi Afrika Respublikasında isə durumun aşırı təşviş yaradan səviyyədə olduğu bildirilir.

Yüksək gəlirli ölkələr bu indeksə salınmasalar da, onlarda ərzaq çatışmazlığının dəyişkən, gözardı edilməyəcək səviyyədə olduğu vurğulanır. Ərzaq Çatışmazlığı Şkalası üzə çıxarıb ki, Avropa Birliyində yaşı 15-dək uşaqlı evlərin 18 faizi orta, yaxud kəskin ərzaq çatışmazlığı yaşayır.

Bu dəfəki aclıq indeksi iqlim dəyişikliyi və aclığın təsirini öyrənib.
/azadliq.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031