Suriya ordusu 5 il sonra Rəqqaya daxil oldu
Suriya ordusu 2014-cü ildən bəri ilk dəfə olaraq Rəqqa şəhərinə daxil olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə hərbi mənbə məlumat verib.
“Suriya hökumət ordusunun qabaqcıl qoşunları beş ildə ilk dəfə Rəqqaya girdilər və şəhərdə bir neçə müşahidə postu qurdular”, -deyə o, bildirib. Xatırladaq ki, Rəqqa şəhəri 2014-cü ildə İŞİD terror qruplaşması tərəfindən işğal olunub və yaraqlıların de-fakto qalası olub. Oxşar xəbərlər
|