15 milyon yəmənli içməli su qıtlığından əziyyət çəkir
15 milyon yəmənli (bu ölkə əhalisinin yarısı) içməli su qıtlığı səbəbiylə ölümcül xəstəliklər riski altındadır.
Maide.Az “alquds.co.uk” saytına istinadla xəbər verir ki, bu barədə Beynəlxalq yardım təşkilatı Oxfam məlumat yayıb. Məlumatda bildirilir ki, su qıtlığı Yəməndə yanacaq böhranına görə yaranıb. “Yəmən xalqının 11 milyon nəfəri öz içməli su ehtiyacını yerli su şəbəkəsindən təmin edir. Eləcə də 4 milyon nəfər su tankerləri vasitəsilə suya olan ehtiyacını təmin edir. Yanacaq böhranı həmin insanların susuz qalmasına səbəb olur.” Məlumatda qeyd olunur ki, Yəmənin 3 əsas şəhərində “İbb” “Damar” “Al-Mahwit” şəhərlərində içməli suya məcburi limit tətbiq olunub. “Mərkəzləşdirilmiş su şəbəkəsi tətil olmaq məcburiyyətindədir. Yanacaq böhranı Yəmən xalqının yaşayışının bütün sahələrinə mənfi təsir göstərir. Lakin aclıq və xəstəliklərlə üzləşən milyonlarla yəmənlinin içməli su qıtlığından əziyyət çəkməsinin həlli daha çox əhəmiyyət kəsb edir.” Qeyd edək ki, 2015-ci ildən Yəmənə təcavüzünü davam etdirən Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar. UNICEF-in məlumatına görə, beş yaşınadək 1,8 milyon yəmənli uşaq aclıqdan əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatı Yəməndəki böhranı "dünyada ən ağır" olaraq qiymətləndirir. Oxşar xəbərlər
|