Ayətullah Sistaninin nümayəndəsi aksiyaları dəstəklədi: "Etiraz xalqın haqqıdır"
Mьəllif: admin1
Tarix: 25-10-2019, 21:10
Bцlmə: Xəbərlər
Ayətullah Sistaninin nümayəndəsi aksiyaları dəstəklədi: "Etiraz xalqın haqqıdır"
İraq şiələrinin mərceyi təqlidi Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi etirazlara qalxan nümayişçilərə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, nümayişçilər ictimai və ya şəxsi əmlaka ziyan vurmasınlar və dinc şəkildə aksiyalarını davam etdirsinlər.

Ayətullah Sistaninin nümayəndəsi Əbdülmehdi Kərbəlayi verdiyi açıqlama zamanı bildirib ki, dinc nümayişlər İraq konstitusiyası ilə vətəndaşların qorunan hüquqdur və təhlükəsizlik qüvvələri də nümayişçilərin təhlükəsizliyini təmin etməlidir:

"İraq xalqı tərəfindən bir sıra islahatlar, o cümlədən korrupsiyaya qarşı mübarizə və sosial ədalət əldə etmək istəyi var və bu təmin olunmalıdır".

Ayətullah Sistaninin nümayəndəsi nümayişçilərə təhlükəsizlik qüvvələrinə və xalqın əmlakına hücum etməmək çağırışı edib.
(eastnews)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031