Suriya ordusu Türkiyə sərhədinə çatdı
Suriya dövlət televiziyası Suriya ordusunun Türkiyə sərhədinə çataraq, Rəsulaynin şimal-şərqində suriyalı kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin boşaltdığı bölgəyə yerləşdiyini xəbər verib.
Deyerler.org xəbər verir ki, Al-İkhbariya televiziyasının xəbərində belə bildirilib: “Suriya ordusu Rəsulaynin şimal-şərqində onlarla kənd və yaşayış məskəninə girdikdən sonra, Suriya-Türkiyə sərhədinə çatdı”. Bundan əvvəl DSQ-nin Türkiyə sərhədindən uzaqlaşaraq, yerini Suriya sərhəd keşikçilərinin aldığı bildirilmişdi. Al-İkhbariya televiziyası DSQ-nin bütün ağır silahları ilə birlikdə Türkiyə sərhədinə 32 kilometr məsafəyə geri çəkildiyini xəbər vermişdi. SANA dövlət xəbər agentliyi isə, Suriya ordusunun dünən (27 oktyabr) axşam Hasəkə şəhərinin şimal-şərq ətrafında Suriya-Türkiyə sərhədindəki Əl-Dirbaisyə şəhərində Türkiyənin təcavüzkarlığına qarşı çıxmaq üçün Rəsulaynin şərq ətrafındakı bir neçə kənd və mahalda yerləşdikdən sonra, əhalinin böyük coşqusu ilə qarşılaşıb. Oxşar xəbərlər
|