Fransada məscidə silahlı hücumda iki nəfər ağır yaralanıb
Mьəllif: admin1
Tarix: 29-10-2019, 23:13
Bцlmə: Xəbərlər
Fransada məscidə silahlı hücumda iki nəfər ağır yaralanıb
Fransanın cənubunda, Atlantik okeanı sahilindəki Bayonne şəhərində olan bir məscidə qarşı atəş açan təcavüzkar, 74 və 78 yaşlarındakı iki nəfərin ağır yaralanmasına səbəb olub.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Fransanın daxili işlər naziri Kristof Kastaner Twitter üzərindən verdiyi açıqlamasında, təcavüzkarın həbs edildiyini açıqlayıb.

Fransa polisi isə 84 yalı şübhəlinin, radikal sağçı əlaqələrinin təsbit edildiyini bildirib. Digər bir mənbə isə, saxlanılan şübhəlinin, 2015-ci ildə Marin Le Penin radikal sağçı Milli Cəbhə Partiyasından namizəd olduğunu açıqlayıb.

Digər tərəfdən, polis şübhəliyə məxsus bir avtomobildə tapança tapıb.

Fransanın prezidenti Emmanuel Makron və digər Fransa rəsmiləri bu kimi hücumların tamamən qəbuledilməz olduğunu bildirərək, hadisəni qınayıblar.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031