Livanın baş nazir Səəd Həriri istefa verdi
Mьəllif: admin1
Tarix: 30-10-2019, 20:27
Bцlmə: Xəbərlər
Livanın baş nazir Səəd Həriri istefa verdi
Livanda iqtisadi böhran və korrupsiyanın yaratdığı sistem əleyhinə keçirilən etirazlar həyatı iflic etməsi nəticəsində baş nazir Səəd Həriri istefa etdiyini açıqlayıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, hökumət ortağı olan Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah Livanda iqtidar boşluğu olmaması üçün baş nazir, hökumət və prezidentin vəzifədə qalmalı olduğunu söyləməsinə baxmayaraq, Səəd Həriri çarəsizlik və qaçılmaz vəziyyətə görə, istefa verdiyini bildirib.

2017-ci ilin noyabrında Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Səlman tərəfindən girov götürülüb istefa verməyə məcbur qalmış S.Həriri, bu dəfə belə deyib: “Artıq çıxılmaz vəziyyətə düşdüm, hökumətin istefasını prezident Mişel Auna təqdim edəcəyəm”.

Daha sonra Baabda prezident sarayına gedib, istefasını verən S.Həriri, oranı açıqlama vermədən tərk edib.

Çıxışında bütün livanlılara daxili sülhün qorunması üçün müraciət edən, siyasi partiyalara, “Livanı qorumaq bizim məsuliyyətimizdir”, deyən Həriri, belə danışıb: “Vəzifələr gələr, gedər, mühüm olan ölkənin etibarı və təhlükəsizliyidir.

Livan xalqı 13 gündür iqtisadi tənəzzülü dayandıracaq siyasi həll istiqamətində bir qərarın verilməsini gözləyir. Bu dövr ərzində xalqın səsini eşitmək üçün bir həll yolu tapmağa çalışdım.

Bu böhranla üzləşmək üçün böyük bir şok keçirməyimizin vaxtı gəldi. Prezident sarayına gedib istefamı təqdim edəcəyəm. Siyasi həyatdakı bütün partnyorlar, bu gün bizim üzərimizə düşən, Livanı qorumağın və iqtisadiyyatını dirçəltməyin yolunu tapmaqdır”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031