İŞİD təhlükəsinin hələ sovuşmadığı vurğulandı
İraqın Kürd Regional Hökumətinin Baş Naziri Məsrur Bərzani İŞİD terrorçu qruplaşmasının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsinə münasibət bildirib.
O, açıqlamasında vurğulayıb ki, Əbubəkr əl-Bağdadinin öldürülməsi ilə İŞİD təhlükəsi sovuşmayıb. "İŞİD təhdidi hələ də mövcuddur. Bu problem həllini tapana qədər bütün dövlətlər terrorçular əleyhinə fəaliyyətlərini davam etdirməlidirlər", - deyə Məsrur Bərzani diqqətə çatdırıb. Məsrur Bərzani qeyd edib ki, yaxın günlərdə ABŞ rəsmiləri ilə də İŞİD mövzusu müzakirə olunacaq. (eastnews) Oxşar xəbərlər
|