Əli Laricani İran-Azərbaycan əlaqələrindən danışdı
İran Parlamentinin Sədri Əli Laricani İran ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinə hazır olduğunu söyləyib.
Əli Laricani bu sözləri dünən Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov ilə görüşündə deyib. O, İranın daim Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Parlament Sədri əlavə edib ki, İran parlamenti Azərbaycanla parlament əməkdaşlığının genişləndirilməsi yolunda heç bir maneə görmür. O, ikitərəfli münasibətlərin bütün sahələrdə asanlaşdırılmasının vacibliyini vurğulayıb: "Hazırkı şəraitdə İran və Azərbaycan arasında iqtisadi, siyasi, mədəni və sosial əməkdaşlıq və əlaqələrin gücləndirilməsi üçün zəmin hazırdır, buna görə də iki ölkənin hakimiyyəti bu potensialları aktivləşdirmək üçün səylərini artırmalıdır". Əli Laricani bildirib ki, İran Azərbaycanla parlament əlaqələrini inkişaf etdirmək üçün heç bir məhdudiyyət tanımır. Bünyad Hüseynov öz növbəsində İran ilə Azərbaycan arasındakı əlaqələri geniş və tarixi adlandıraraq, rəsmi Bakının hər zaman iki ölkə arasında əməkdaşlığın inkişafını dəstəklədiyini bildirib. Azərbaycanlı diplomat iki ölkə arasında nəqliyyat, dəmir yolu, iqtisadi əlaqə, şəhərsalma, kənd təsərrüfatı sənayesi, gömrük, sosial və mədəni əməkdaşlıq, eləcə də sağlamlıq turizmi sahələrində artan əməkdaşlıqdan məmnunluğunu ifadə edib. (eastnews) Oxşar xəbərlər
|