BMT: Yəməndə hər 11 dəqiqədə bir körpə ölür
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi Yəməndə uşaqların yaşadığı faciə ilə bağlı xəbərdarlıq edib.
Maide.Az xəbər verir ki, ötən gün yayımlanan hesabatda bildirilir ki, Yəməndə hər 11 dəqiqədə 5 yaşdan aşağı bir körpə ölür. Bu fəlakətin səbəbi Ərəbistanın Yəmənə təcavüzü nəticəsində yaşanan humanitar böhrandır. Bildirilir ki, uşaqların ölümünə səbəb içməli su çatışmazlığı və normal qidalanmamadır. Qeyd edək ki, 2015-ci ildən Yəmənə təcavüzünü davam etdirən Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar. UNICEF-in məlumatına görə, beş yaşınadək 1,8 milyon yəmənli uşaq aclıqdan əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatı Yəməndəki böhranı "dünyada ən ağır" olaraq qiymətləndirir. Oxşar xəbərlər
|