Ayətullah Nuri Həmədani: “ABŞ və sionist İsrail rejiminin İraq və Livandakı qarışıqlarda rolları var”
Qum İslami Elm hövzəsinin böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani ABŞ və sionist İsrail rejiminin İraq və Livandakı qarışıqlarda rollarının olduğunu bildirib.
Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Ayətullah Həmədani düşmənlərin təkfirçi qruplar yaratmaq və çoxlu pul xərcləyərək, müsəlmanları bir-birinə qarşı qızışdırmağa çalışdıqlarını və bu yolla müsəlmanlar arasında ixtilaflar yaradıb, mənfur hədəflərinə nail olmaq istədiklərini söylədyib Ayətullah Həmədani düşmənlərin hər zaman müqavimət cəbhəsi qarşısında dayandığını qeyd edərək, belə danışıb: “Düşmən İslamı və müqavimət cəbhəsini zəiflətmək istəyir, amma diqqətli və oyanıq davranılaraq, onların bu oyunları pozuldu”. O, İslam alimlərinin xalqın düşmənlərin hiylələrinin və fitnələrinin işıqlandırılması ilə bağlı xalq qarşısında ciddi məsuliyyətlərinin olduğunu söyləyib. Oxşar xəbərlər
|