Minlərlə parisli islamofobiyaya qarşı yürüşə çıxdı
Fransa paytaxtının bir neçə min sakini islamofobiyaya qarşı yürüşdə iştirak etmək üçün Paris küçələrinə çıxıb. Fransanın böyük şəhərlərində islamofobiyaya qarşı kütləvi yürüşlər keçirilib.
"Deyerler.org"un İqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, aksiyalar şimali-vağzaldan Millət meydanına döğru hərəkət etmişdir. Etirazçılar əllərində “Ayrıseçkiliyi dayandırın”, “Birlikdə yaşamaq”, “Təcavüzə qarşı mübarizə”, “İslamofobiyanı dayandırın” kimi müxtəlif yazılar olan plakatlar tutmuşdur. Qeyd olunduğu kimi, analoji tədbirlər Marsel və Tuluzada da keçirilib. Yürüşlərə çağırışların səbəbi, Fransanın cənubundakı Bayonne şəhərində, 84 yaşlı fransalı Klod Sinkenin, ona, dini müəssisəni yandırmağa mane olan iki nəfərə atəş açmağı olmuşdur. Dindirmə zamanı təcavüzkar “Notr Dam” kilsəsində olan yanğının qisasını almaq istədiyini bildirmişdir. Oxşar xəbərlər
|