İŞİD liderlərindən biri Ukraynada ələ keçirildi
Mьəllif: admin1
Tarix: 17-11-2019, 11:45
Bцlmə: Xəbərlər
İŞİD liderlərindən biri Ukraynada ələ keçirildi
Ukraynanın paytaxtı Kiyevin çöl bölgəsində Ukrayna Təhlükəsizlik və Daxili Kəşfiyyat Təşkilatı (SBU), Gürcüstan Daxili İşlər Nazirliyi və CIA (MKİ) mənsublarıyla birgə reallaşdırdığı əməliyyat nəticəsində, 2018-ci ildən Ukraynada olduğu təsbit edilən İŞİD liderlərindən əl-Bəra Şişani ələ keçirilib.

Şişaninin Ukraynaya keçmədən əvvəl, Türkiyədə olduğu qeyd edilib. Əl-Bəra Şişani ləqəbli Gürcüstan vətəndaşının 2012-ci ildən etibarən Suriyada "Əhədun-Əhəd" təşkilatının Lazkiyə vilayətinin "əmiri" olaraq fəaliyyət göstərdiyi, 2013-cü ildə isə, İŞİD liderlərindən Əbu Ömər əş-Şişaninin "vəkili" olduğu bildirilib.

Əbu Ömər Şişaninin 2016-cı ildə öldürülməsindən sonra Əl-Bəra Şişaninin Türkiyəyə keçərək burada terrorçu fəaliyyətləri koordinasiya etməyə davam etdiyinin bildirildiyi açıqlamada, 2018-ci ilin yay aylarında Ukraynaya qeyri-qanuni olaraq daxil olduğu qeyd edilib.

Əl-Bəra Şişaninin Ukraynada qeyri-qanuni sənədlərlə qeydiyyata düşməyi bacardığının deyildiyi açıqlamada, Şişaninin Ukraynada İŞİD-in bəzi dəstələrini idarə etməyə davam etdiyi bildirilib.

Açıqlamada, Şişaninin Kiyev yaxınlığında, yaşadığı evin ətrafında tutulduğu və hələ də nəzarətdə saxlanıldığı qeyd edilib.
(eastnews)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031