Ali Dini Rəhbər: “Dövlət əmlakının məhvi vətəndaşların işi deyil, fitnəkarların işidir”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xamenei icra, məhkəmə və qanunvericilik orqanı rəhbərlərinin mütəxəssislərin fəaliyyətlərinə əsaslanaraq verdiyi qərarların tətbiq olunmasını istəyib.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xamenei noyabrın 15-i benzinin bahalaşması qərarından sonra ölkədə baş verən son hadisələrlə bağlı açıqlama verib. Ali Dini Rəhbərin ofisindən verilən açıqlamaya görə, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xamenei noyabrın 16-sı səhər keçdiyi fiqh dərsində ölkədəki nümayişlər haqqında qiymətləndirmələr edib: “Təbii olaraq bu qərardan bəzi vətəndaşlar narahat olacaq və bu onların zərərlərinə olacaq. Lakin (dövlət mallarını) məhv etmə və yandırma vətəndaşların işi deyil, fitnəkarların işidir. İslam inqilabı ilə İran düşmənləri bu cür təxribatlar ilə gərginliyi dəstəkləyir və indi də bununla məşğuldurlar. Bu cür hadisələr hər cəmiyyət və ölkənin ən böyük fəlakəti olan təhlükəsizliyi artıra bilər. Vətənini sevən ağıllı insan bunu etməz. Rəsmilər bu planın vətəndaşların həyatına mənfi təsir etməməsinə diqqət yetirməlidir”. Benzindəki bahalaşma digər məhsulların qiymətlərinin artmasına səbəb olmamalı olduğunu vurğulayan Ali Dini Rəhbər, belə davam edib: “Televiziyada rəsmilərin benzinə tətbiq etdiyi qiymət artımı digər məhsulların qiymətlərinə təsir etməməsi üçün işlər görəcəklərini söylədiklərini gördüm. Bu nəzarətin tamamilə edilməsi şərtdir. Bahalılıq vətəndaşlar üçün böyük problemlər yarada bilər. Bütün rəsmilər həssas olmalıdır. Təhlükəsizliklə əlaqədar rəsmilər də vəzifəsini yerinə yetirməlidir”. Ali Dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xamenei İran xalqına xitab edərək, hər zaman həssaslıq və bəsirətlə hərəkət edən xalqın fitnəçilərdən uzaq dayanmalı olduğunu söyləyib. Oxşar xəbərlər
|