ÜST: “Yəməndə 15 minə yaxın uşaq kəskin qeyri-kafi qidalanmadan əziyyət çəkir”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) noyabrın 17-si yaydığı məlumata görə, 2019-cu ilin əvvəlindən etibarən Yəməndə müayinə olunanların təxminən 26%-ni təşkil edən 15 minə yaxın uşaq kəskin qeyri-kafi qidalanma xəstəliyindən əziyyət çəkir.
Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, ÜST-in Yəməndəki nümayəndəliyinin rəsmi Twitter səhifəsində yerləşdirilən hesabatda, ilin əvvəlindən etibarən aralarında 5 yaşına qədər 9000 uşaqla birlikdə 63 min uşağın müayinə edildiyi bildirilib. Açıqlamada müayinə olunan uşaqların 26%-nin (təxminən 15 min uşaq) ağır qeyri-kafi qidalanmadan əziyyət çəkdiyi qeyd olunub. Oxşar xəbərlər
|