İmam Rzanın (ə) pulu qurtaran arifə hədiyyəsi
Mühəddis Qumi, Şeyx Məhdi haqqında yazır: “Şeyx Əli adlı bir alim nəql edir: “Ziyarət zamanı mən Şeyx Məhdinin bütün xərclərini ödəyən şəxs idim. Məşhəd şəhərinə daxil olan kimi gördüm ki, pulumuz qurtarmışdır. Bu qərib şəhərdə heç kəsi tanımırdıq ki, ondan borc alaq.
Vəziyyəti Şeyxin qonağı olanlara danışdım və onlar hərəsi bir tərəfə getdi. Mən isə Şeyxlə birlikdə hərəmə daxil olduq. Namaz qılandan və ziyarət edəndən sonra Şeyxin yanında dayanan bir şəxsi gördüm ki, əlində kisə tutmuşdu. O, bu kisəni Şeyxə verdi. Şeyx kisəni görən kimi dedi: “Siz bu kisəni mənə verməkdə yanlış iş görürsünüz. Yəni, məndən də ehtiyaclı olanlar vardır”. Həmin şəxs dedi: “Məgər bilmirsən ki, hər bir İmamda (ə) Allahın sifətləri vardır? Əli ibn Musa (ə) da o İmamlardandır ki, qəriblərə əl tutur. Bu kisə pul sənə İmam (ə) tərəfindən çatır”. Şeyx bu hadisədən sonra çox təsirləndi və mənə işarə etdi ki, ona yaxınlaşım. Onun yanına gedib, kisəni əlindən aldım. Kisənin içində 300 dinar var idi””. (Deyerler.org) Oxşar xəbərlər
|