Ayətullah Həmədani İrandakı iğtişaşlardan danışdı
İslam dünyasının nüfuzlu din xadimi, İranın Qum şəhərində yaşayan Ayətullah Hüseyni Nuri Həmədani benzin qiymətinin artmasından sonra baş verən hadisələrə münasibət bildirib.
Ayətullah Hüseyn Nuri Həmədani açıqlamasında vurğulayıb ki, baş verən iğtişaşları əsasən ABŞ, işğalçı İsrail rejimi, Səudiyyə Ərəbistanı və bəzi Avropa ölkələri dəstəkləyiblər. İran xalqının bəsirətli olduğunu diqqətə çatdıran Ayətullah Nuri Həmədani, xalqa qarşı sanksiya tətbiq edənlərin iğtişaş törədənlərin yanında olduqlarını göstərdiklərini qeyd edib. O, bildirib ki, İran xalqı iğtişaş törədənlərlə yollarını ayırıb və hökumətə dəstək veriblər. (eastnews) Oxşar xəbərlər
|