Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei dəyərli alim ayətullah Hacı Seyid Əbülfəzl Mirməhəmmədinin vəfatı münasibətilə başsağlığı verib.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Pərhizkar alim Ayətullah Hacı Seyid Əbülfəzl Mirməhəmmədinin vəfatı xəbərini dərin hüzn və kədərlə aldım. Bu dəyərli alimin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə, sevənlərinə başsağlığı deyirəm. Bu dəyərli alim özünün bərəkətli ömürünü təqva və nəfslə mübarizədə keçirdib. İslam Respublikası dövründə də xidmətlər göstərib. Xobreqan Məclisinə uzun illər nümayəndə olmaq, Məhkəmə Ali Şurasında üzvlik, və bir çox digər məsuliyyətlərdə çalışıb. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!" Qeyd edək ki, həmçinin Ayətullah Xamenei tərəfindən mərhum Hacı Seyid Əbülfəzl Mirməhəmmədinin vəfatı münasibətilə bu gün axşam Həzrət Məsumənin (ə) hərəmində İmam Xomeyni adına eyvanda əza məclisi təşkil olunacaq. Oxşar xəbərlər
|