Tbilisidə kütləvi etiraz aksiyası
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.
24News.ge xəbər verir ki, hazırda müxalifət liderləri bir qrup aksiya iştirakçısı ilə birgə Birinci Respublika Meydanından parlamentə qədər yürüş ediblər. Müxalifətçilər və ictimai fəalların təşkil etdikləri aksiyanın tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir. Aksiyaya bölgələrdən də iştirakçılar qatılıb. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbələri də yürüş edərək aksiyaya qoşulublar. Mitinq təşkilatçıları parlamentə girişləri bloklayacaqlarını və deputatların sabahkı iclasda iştirak etmələrinə imkan verməyəckərini elan ediblər. Parlament ətrafına çox sayda polis əməkdaşları cəlb olunub. Oxşar xəbərlər
|