Rəsmi: Kərbəla Beynəlxalq Hava Lİmanı 2021-ci ildə istifadəyə veriləcək
Mьəllif: admin1
Tarix: 27-11-2019, 10:27
Bцlmə: Xəbərlər
Rəsmi: Kərbəla Beynəlxalq Hava Lİmanı 2021-ci ildə istifadəyə veriləcək
Ötən il İmam Hüseynin (ə) hərəminin dəstəyi və qərarı ilə tikintisinə başlanılan Kərbəla Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam etdirilir.

Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İmam Hüseyn (ə) hərəminin inkişaf etdirilməsi və layihələrin icrası üzrə idarənin direktor müavini Həsən Raşid əl-Obacı deyib.

O bildirib ki, Aşura günü və Ərbəin dövründə Bağdad və Nəcəf beynəlxalq hava limanlarının yükünü azaltmaq və qonaqların təhlükəsiz şəkildə Kərbəlaya daşımaq məqsədilə tikilən hava limanı layihəsi dini, sosial və iqtisadi baxımdan ən vacib layihələrdən biridir.

“Kərbəla Beynəlxalq Hava Limanı dünyanın hər yerindən Kərbəlaya gələcək zəvvarlar üçün gediş-gəlişi asanlaşdıracaq. Bununla yanaşı bu hava limanı ölkədə 2 min nəfərdən çox şəxs üçün iş yeri olacaq.“

Kərbəla Hava Limanının dünya standartlarına uyğun tikildiyini və Fransa şirkətlərindən biri ilə lazimi texniki dəstək üçün razılaşma əldə olunduğunu deyən H.R.Obacı bildirib ki, Fransa şirkətinin apardığı araşdırmaya görə, Kərbəla Beynəlxalq Hava Limanı ildə iki milyon ziyarətçini asanlıqla qəbul etmək potensialına sahibdir və hava limanı yaxın üç ildə tam istifadəyə veriləcək. İlk uçuşlar 2021-ci ilə planlaşdırılıb."
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031