Ərdoğanın Makrona "Sən get öz beynini yoxla" deməsinə görə səfir XİN-ə çağırıldı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona beynini yoxlamağı tövsiyə edib.
Ərdoğan Türkiyənin NATO üçün vacib ölkə olduğunu vurğulayaraq, bildirib ki, Makron NATO-nun beyin ölümünü elan edib: "Cənab Makron, sən əvvəlcə öz beynini yoxla, çünki bu cür açıqlamalar sənin kimi beyni ölən şəxslərə yaraşır. Fransa bizdən soruşur ki, sizin Suriyada nə işiniz var? Bizim Suriya ilə bağlı müqavilələrimiz, 911 km uzunluğunda sərhədimiz var. Bəs, Fransanın Suriyada nə işi var? Bu sözləri Makrona dəfələrlə demişəm. İstədiyiniz qədər atılıb-düşün. İstədiyiniz qədər danışın. Əvvəl-axır Türkiyənin suverenlik haqlarına, təhlükəsizlik siyasətinə hörmət edəcəksiniz". Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Emmanuel Makron haqqında söylədiyi açıqlamadan sonra Türkiyənin Fransadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Ərdoğanın bu fikirlərini Fransa Prezidentinə qarşı təhqir kimi qiymətləndirib. (eastnews) Oxşar xəbərlər
|