İraqdakı İran konsulluğu yenidən yandırıldı
İranın İraqın Nəcəf şəhərindəki baş konsulluğu nümayişlər zamanı yenidən yandırılıb.
İraqda təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, İranın Nəcəfdəki baş konsulluğu nümayişlər zamanı naməlum şəxslər tərəfindən yenidən yandırlıb. Hadisə zamanı konsulluq binasında heç kim olmayıb. Qeyd edək ki, bir neçə gün öncə də naməlum şəxslər Nəcəfdəki konsulluq binasını yandırmışdı. İraq hökuməti hadisəyə görə İrandan üzr istəmişdi. (eastnews) Oxşar xəbərlər
|