İran parlamentinin sədri: "İraqda Ayətullah Sistani var, ona görə də narahat deyilik"
İran parlamentinin sədri Əli Laricani, İraqda baş verən iğtişaşlara münasibət bildirib.
Əli Laricani verdiyi açıqlama zamanı bildirib ki, İraqda Ayətullah Sistani var deyə narahat deyillər: "Ayətullah Seyid Əli Sistani məsələnin fərqli ölçülərini mənimsəmiş və gördüyü tədbirlərlə problemi həll edəcək biridir. Biz bu ölkədəki hadisələrdən narahat deyilik. Çünki İraqdakı şiələrin lideri Seyid Əli Sistanidir və onun tədbirləri ilə problem həll ediləcək". "Bizdən kömək istənilərsə, biz onların xidmətindəyik. Amma vacib olan Ayətullah Sistaninin gördüyü tədbirdir. İraqda yetkin siyasi və məzhəb xadimləri var. Problemləri həll edə bilərlər, kömək etməyə ehtiyac yoxdur", - deyə Əli Laricani qeyd edib. (eastnews) Oxşar xəbərlər
|